İstanbulda terror törədən qadın RF vətəndaşı olub

İstanbulda terror törədən qadın RF vətəndaşı olub

8 Yanvar 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 6-da İstanbulun Sultan Əhməd meydanında terror törədən kamikadze qadının şəxsiyyəti müəyyənləşdirilib. Apa-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Türkiyə DİN və kəşfiyyatın (MİT) təhqiqatı nəticəsində terrorçu qadının Rusiya vətəndaşı Diana Ramazova olduğu müəyyən edilib. Onun hadisəni hansı səbəblə törətdiyi məlum deyil.

Xatırladaq ki, hadisə zamanı 1 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb. Türkiyənin "Fox TV" kanalı yanvarın 7-də terror aktını rusiyalı çeçen qadının törətdiyinin güman olunduğu haqda xəbər yaymışdı.

Mediainfo.az