Toyuna 2 gün qalan qız evdən qaçdı

Toyuna 2 gün qalan qız evdən qaçdı

7 Yanvar 2015 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

20 yaşlı qız nişanlısı ilə evlənmək istəmədiyini bildirib

Xaçmaz rayonunda 20 yaşlı qız toyuna 2 gün evdən qaçıb. Bu barədə Xaçmaz Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis-mayoru Siyavuş Ağayev ANS-in bölgə müxbirinə məlumat verib.

Onun sözlərinə görə, 1995-ci il təvəllüdlü Simuzər Sabir qızı Əhmədova toyuna 2 gün qalmış evi tərk edib. O, nişanlısı ilə evlənmək istəmədiyini bildirib.

Aparılan axtarışlar zamanı qızın Bakı sakini olan Anar adlı şəxslə qaçdığı müəyyən edilib. Sonradan qız evlərinə qaytarılıb. Lakin toy ləğv edilib.

Mediainfo.az