Yaponiyada torpaq sürüşməsi

Yaponiyada torpaq sürüşməsi

24 İyun 2011 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Leysan yağışlar Yaponiyanın Naqano prefekturasında torpaq sürüşməsinə səbəb olub. Prefekturanın Kamikoçi kurort şəhərində torpaq sürüşməsi şəhərə aparan əsas magistral yolun bağlanması ilə nəticələnib. 1200-dək turist və otel işçiləri ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalıb. Yolun açılması üçün işlər görülür. Ərazidə ikinci dəfə torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edilib. Leysan yağışlar bir neçə yaşayış məntəqəsini işıqsız qoyub, rabitə xətləri sıradan çıxıb.

Təbiət yaponlardan sanki qisas alır.

Tofiq Əliyev

O.M.