İranda 9 terrorçu həbs olunub

İranda 9 terrorçu həbs olunub

5 Yanvar 2015 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətinin Sərbaz bölgəsində terrorçu qruplaşmanın 9 üzvü həbs olunub. Bunu İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) Qüds Quru Qoşunlarının mətbuat xidməti bildirib. Trend-in məlumatına görə, barədə tasnimnews saytı xəbər verir.

Məlumata görə, həbs olunan şəxslər dəfələrlə terror aktları həyata keçiriblər. Onların adı və hansı terror qruplaşmasının üzvü olduqları açıqlanmır.

İran parlamentinin Zahidan şəhərindən olan nümayəndəsi Hüseynəli Şəhriyari deyib ki, saxlanılan şəxslər bir müddət öncə Sərbaz bölgəsində iki nəfəri gülləyərək öldürüblər.

Qeyd edək ki, 2014-cü il oktyabrın 25-də naməlum şəxslər İranın Sistan və Bəluçistan əyalətinin Sərbaz bölgəsində bəsic (İranın Sepah korpusunun "Bəsic" könüllü qüvvələrinin üzvü) Məhəmməd İslamini odlu silahla öldürmüşdülər. Oktyabrın 19-da isə İranın Sistan və Bəluçistan vilayətindəki Çabahar şəhərində terrorçu özünü partlatmışdı. Terror aktı nəticəsində terrorçudan başqa daha iki nəfər həlak olmuş, 6 nəfər yaralanmışdı.

Mediainfo.az