Küçədən meyit tapıldı
Şirvan şəhərində küçədən meyit tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, meyit yanvarın 4-də Şirvan şəhərinin Nizami küçəsində aşkarlanıb. Üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılıb.
Şirvan şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı meyitin L.İbrahimov küçəsində yaşayan Səfa Quliyev olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər