"Əl-Qaidə" jurnalistin ölümünə səbəb olub

"Əl-Qaidə" jurnalistin ölümünə səbəb olub

5 Yanvar 2015 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin cənub-qərbindəki Damar şəhərində keçirilən şiələrin toplantısı zamanı partlayış törədilib. APA-nın "CTV News"a istinadən xəbərinə görə, partlayış nəticəsində biri jurnalist olmaqla 6 nəfər ölüb, 31 nəfər yaralanıb. Həlak olan jurnalist Xalid Vəşli şiələrə məxsus telekanalda çalışıb. Partlayışa görə məsuliyyəti "əl-Qaidə" üzərinə götürüb. Qeyd edək ki, Şeyx Hüsi təliminin tərəfdarı olan şiələrin Yəmənin əhəmiyyətli hissəsini ələ keçirməsi onları həm yerli bədəvilərlə, həm də "əl-Qaidə" ilə bağlı radikal sünnilərlə düşmən edib.

Mediainfo.az