Terror planlaşdıran 2 nəfər həbs olunub

Terror planlaşdıran 2 nəfər həbs olunub

24 İyun 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Sietl şəhərində hərbi çağırış məntəqəsinə hücuma hazırlıq ittihamı üzrə 2 nəfər həbs edilib. Sietl sakini Əbu Xəlif Əbdul-Lətif və Los-Ancelesdə yaşayan Vali Mucahidə qarşı terrorçuluq və odlu silaha sahib olma ittihamları irəli sürülüb. Cinayətkarların ABŞ rəhbərliyinin Əfqanıstanla bağlı siyasətinə qarşı qisas aktı həyata keçirməyə hazırlaşdıqları müəyyən edilib. Verilən məlumata görə onların məqsədi Amerika hərbçilərini öldürməkdən ibarət olub. Cinayətkarların izinə düşməkdə isə Federal Araşdırmalar Bürosunun casusu kömək edib. Cinayətkarlar dindirilmə zamanı günahlarını etiraf ediblər.

Planları plan olaraq qaldı.

Tofiq Əliyev

O.M.