
Yaponiya yenə silkələndi
2 nəfər ölüb, 132 nəfər yaralanıb
"Kiodo" informasiya agentliyinin verdiyi məlumata görə bu gün axşam Yaponiyada yenidən zəlzələ baş verib.
Rixter şkalasına görə 7.4 bal gücündə olan zəlzələ iki nəfərin canını alıb. Bu arada mütəxəssislər sunami təhlükəsi olduğunu açıqlayıb.
Yamaqata və Miyaqi şəhərində baş verən yeraltı təkanlarda dağıntıların çox olmadığı bildirilib. Mütəxəssislər Fukisima 1 atom elektrik stansiyasında təhlükənin artıb artmadığını araşdırırlar.
O.M.
Digər xəbərlər