
Orta məktəblərin buraxılış imtahanlarının nəticələri açıqlandı
Ötən gün Təhsil Nazirliyi attestat imtahanlarının nəticələri açıqlayıb. Orta məktəblərin XI sinif şagirdləri üçün tam orta təhsil haqqında sənəd və IX siniflərdə ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri dünən axşam saatlarında nazirliyin saytında yerləşdirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, buraxılış siniflərinin şagirdləri "exam.edu.gov.az" saytına daxil olaraq, ad və soyadlarını yazmaqla və şifrələrini daxil etməklə göstərdikləri nəticəni öyrənə bilərlər.
Arzu edirik ki, bəxtinizi bir daha sınamağa ehtiyac qalmasın.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər