
Asiyada milyonçuların sayı artıb
Sürətlə inkişaf edən Asiya milyonçuların sayına görə ilk dəfə Avropanı
geridə qoymuş və tezliklə həmin göstərici üzrə ABŞ-ı ötəcəkdir.
"Merrill
Linç" İnvestisiya Bankının və "Kapgemini" konsaltinq şirkətinin dünya
sərvətinin vəziyyəti haqqında illik hesabatında deyilir ki, Asiya-Sakit
okean regionu ölkələrində milyonçuların sayı ötən illə müqayisədə 19
faiz artaraq 3,3 milyon nəfərə çatıb. Müqayisə üçün deyək ki,
ABŞ-da 3,4 milyon, Avropada isə 3,1 milyon milyonçu yaşayır. Asiya
milyonçularının ümumi sərvəti 11,6 trilyon dollara çatır.
Son illər ərzində dünyada zənginlərlə digər insanlar arasında uçurum
getdikcə dərinləşir. Bu meyil milyonçular arasında da izlənir. İfrat
zəngin insanlar milyonçuların cəmi 1 faizini təşkil edir.
Dünya
milyonçularının aktivlərinin dəyəri 42,7 trilyon dollar civarındadır.
Milyonçuların yarıdan çoxu əvvəlki tək ABŞ, Yaponiya və AFR-də yaşayır.
Könül Aypara