Sel suları bir nəfərin ölümünə səbəb olub

Sel suları bir nəfərin ölümünə səbəb olub

23 İyun 2011 21:47
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuz rayonunun Xaçmaz kəndi ərazisindən keçən çayda suyun artması nəticəsində 1991-ci il təvəllüdlü Rəşidov Səxavət Sabir oğlunu sel axını aparıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib. Onlar kənd əhalisinin köməkliyi ilə S.Rəşidovun cəsədini sudan çıxarıblar. Əməliyyat bu gün günorta saatlarında başa çatıb.

Könül Aypara