Tanınmış müğənninin adı cinayətdə hallanır

Tanınmış müğənninin adı cinayətdə hallanır

23 İyun 2011 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az" "Milli.az"a istinadən xəbər verir ki, müğənni "Elit-star" Cəmilənin adı cinayət əməlində hallanır. Müğənninin keçmiş qonşusu onun barəsində polisə şikayət edib. Şikayətçi bildirib ki, müğənni Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində onun avtomobilini mənimsəyib. Belə ki, bir müddət əvvəl müğənni Cəmilə qonşusunun "Jeep" avtomobilini ucuz qiymətə tanışına alıb. Lakin pulun az bir hissəsini ödəyib və yerdə qalan məbləğin ödənməsi üçün müəyyən vaxt istəyib. Həmin şəxs müğənninin etibarına inanaraq avtomobilin alqı-satqı sənədinə imza atıb. Lakin xeyli vaxt keçsə də, həmin pulları geri ala bilməyib. Sonra isə məlum olub ki, həmin maşın digər bir şəxsə satılıb. Nizami rayon Polis İdarəsi fakt təsdiq edərək məlumat verib ki, müğənni ilə bağlı belə bir şikayət var. Həmin şikayət əsasında müğənni istintaqa çağırılaraq dindirilib.

Zülfiyyə Qurbanova

O.M.