
Azyaşlı uşağı maşın vurdu
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə 13.30 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Bakıdan Salyan istiqamətində hərəkət edən "VAZ-2107" markalı maşın yolu keçmək istəyən azyaşlı oğlanı vurub. Yaralı elə hadisə yerində keçinib. Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsindən verilən məlumata görə, hadisə Bakı-Salyan yolunun 56-cı kilometrliyində qeydə alınıb. Avtomobilin sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin kimin səhvi ucbatından və nə səbəbdən baş verdiyi araşdırılır.
Uşaqlarınızdan muğayat olun.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər