Əlverişsiz hava şəraiti Çikaqonu işıqsız qoyub

Əlverişsiz hava şəraiti Çikaqonu işıqsız qoyub

23 İyun 2011 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Fırtınalı hava şəraiti səbəbindən ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) və ətraf rayonlarda 300 mindən çox adam işıqsız qalıb, 20-dək dəmir yol stansiyasının elektrik enerjisi təminatı pozulub. Küləyin sürəti saatda 120 kilometrə çatıb. Şiddətli küləklər və leysan yağışlar Çikaqonun şimal rayonlarına daha çox ziyan vurub. Əlverişsiz hava şəraiti hava limanlarının fəaliyyətini pozub, 350 reys ləğv edilib. İndiana, Viskonsin və Miçiqan ştatları da fırtınaya məruz qalıb. Meteoroloqların proqnozlarına görə, yaxın vaxtlarda ölkənin sözügedən mərkəzi və qərb regionlarında yeni siklonların, o cümlədən qasırğa və tufanların qopması ehtimalı yüksəkdir. Çikaqoda zülmət küləyi əsib.

Tofiq Əliyev

O.M.