Ordumuzun əsgəri yaralanıb

Ordumuzun əsgəri yaralanıb

22 İyun 2011 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, Teymur Abdullayev APA-ya açıqlamasında deyib ki, hadisə dünən saat 21.00 radələrində Ağdam rayonunun işğal altında olan Mərzili kəndi istiqamətində baş verib. Cəlilabad rayon Hərbi Komissarlığından bu ilin aprel ayında hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü İmanov Yusif Mustafa oğlu sol ayağından yaralanıb. T. Abdullayevin sözlərinə görə, hazırda əsgərin vəziyyəti kafi qiymətləndirilir.

"Erməni yer üzünün ilanı, insanlığın düşmənidir." (Sədi Şirazi)

Tofiq Əliyev

O.M.