
Dağıstanda hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub
Dağıstanın Kizlyar rayonunda keçirilən xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub. Əməliyyat iyunun 21-də Kuznetskova kəndi yaxınlığındakı meşə massivində keçirilib. Meşədə bir qrup silahlı mühasirəyə alınıb. İyunun 22-nə keçən gecə silahlılar mühasirəni yararaq qaçmağa çalışıblar. Baş verən döyüşdə 3 xüsusi təyinatlı həlak olub, 13 nəfər yaralanıb. Daha sonra Federal Təhlükəsizlik Xidmətinin 2 əməkdaşı həlak olub. Əməliyyat davam edir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları özlərini mühafizə edə bilmədilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər