
BMT-nin yeni baş katibi
BMT-nin Baş Assambleyası Pan Ki Munu ikinci müddətə BMT-nin Baş katibi vəzifəsinə təyin edib. Pan Ki Munun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası tövsiyə edib. 67 yaşlı Cənubi Koreyalı diplomat öz namizədliyini ikinci müddət üçün rəsmi olaraq iyunun 6-da irəli sürüb. BMT-nin Nizamnaməsinə əsasən, Baş katib 5 il müddətinə Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında təyin olunur.
Buna deyərlər, köhnə hamam, köhnə tas.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər