Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti üç gün məhdudlaşdırılacaq

Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti üç gün məhdudlaşdırılacaq

21 İyun 2011 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Silahlı Qüvvələrin yaranmasının 93 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək hərbi nümayişlə bağlı iyunun 23-ü səhər saat 06.00 radələrindən Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədovun APA-ya verdiyi xəbərə görə, Azərbaycanın Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə 26 iyun 2011-ci il tarixdə Bakı şəhəri "Azadlıq" meydanında ağır zirehli texnikaların iştirakı ilə irimiqyaslı hərbi nümayiş keçiriləcək: "Bununla əlaqədar iyunun 23-ü saat 06.00-dan keçiriləcək tədbirin sonadək "Azadlıq" meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri və Zərifə Əliyeva prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Xaqani küçəsi, Keykab xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti "Azneft" dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi Bakı-Astara yolunun 14 km-dək bağlanaraq "Azadlıq" meydanı və "Sahil" parkı istiqamətlərinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq".

Bütün əhali və sürücülərdən xahiş olunur ki, dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsinə yardımçı olaraq, qeyd olunan istiqamətlərdə avtomobillərdən istifadənin mümkünsüzlüyünü təbii qəbul edib, metro və ictimai nəqliyyat vasitələrində istifadə edilsin.

O gün olsun zəfər yürüşü üçün hərəkət məhdudlaşdırılsın.

Tofiq Əliyev

O.M.