
Həşərat boyda təyyarələr səmada süzəcək
Amerikada ölçüsü quş və həşəratlarla müqayisə olunmayacaq dərəcədə yeni pilotsuz təyyarələr sınaqdan keçirilir. Məlumata görə, "mikropilotsuzlar" adlandırılan qurğular qarşıya qoyulmuş vəzifənin öhdəsindən insanın köməyi olmadan gələ biləcək. Onlardan nüvə silahlarının axtarışında, həmçinin təbii fəlakətlər zamanı yaralıların axtarışı üçün istifadə ediləcək. Qeyri-adi aparatlar ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı bazasında hazırlanır.
Günel Həbib
O.M.
Digər xəbərlər