
Neftçalada yenidən azan səslənəcək
Bir müddət əvvəl Neftçalada tətbiq olunan azan qadağası ləğv olunub. "Hicab və Hicab Qadağası məhbusları Müdafiə Komitəsi"nə istinadən bildirir ki, bu barədə Neftçala dindarları məlumat verib. Məlumatda qeyd olunur ki, artıq azan bütün məscidlərdən səsləndirilir və bununla bağlı problem həllini tapıb.
Xatırladaq ki, azanla bağlı yaranan problem ilk olaraq Neftçalanın Xıllı qəsəbəsində yaranmışdı. Sonra kənd və şəhər məscidlərində azanın səsgücləndirici vasitəsilə verilməsinə qadağa qoyulmuşdu.
Azan hər zaman imanlı insanın içində səslənir...
Könül Aypara
O.M.
Digər xəbərlər