Diqqət: xərçəngə qarşı peyvənd hazırlandı

Diqqət: xərçəngə qarşı peyvənd hazırlandı

21 İyun 2011 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis və amerikalı elm adamları prostat xərçəngini 80 faiz yox edən yeni peyvənd kəşf etdilər. İngiltərədəki Lidn Universiteti və Amerikanın Mayo klinikası tərəfindən ərsəyə gətirilən peyvənd sağlam hüceyrələrə zərər vermədən xəstəyə yeridilir. Peyvənd prostat şişinin özünə deyil, qana vurulur. Bu şəkildə şişin immunitetə və sağlam hüceyrəyə xətər yetirməsinin qarşısı alınır. Onun prostatla yanaşı digər xərçəng növlərinə qarşı mübarizədə də uğur əldə edəcəyinə inanan mütəxəssislər vardır. Tədqiqatçılar ölümcül dəri xərçəngi olan melanom üçün də peyvənd hazırlıqlarına start veriblər. Professor Alan Menxer peyvəndin bir neçə ildən sonra insanlar üzərində tətbiq olunacağını bildirib.

Dərd gələndə batmanla gəlir, çıxanda misqalla...

Günel Həbib

O.M.