8 yaşlı kamikadze tutuldu

8 yaşlı kamikadze tutuldu

21 İyun 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Əfqanıstanla sərhədindəki Aşağı Dir ərazisində intihar kəməri geyinmiş 8 yaşlı qız polis tərəfindən zərərsizləşdirilib. Polis rəsmisinin dövlət telekanalı "PTV"-yə verdiyi məlumata görə, 8 yaşlı Sohana Cəvaid nəzarət buraxılış məntəqəsində kamikadze hücum törədəcəyi vaxt ələ keçirilib. Bu, buraxılış məntəqəsinə yaxınlaşan azyaşlının qorxaraq ağlaması və qışqırmasından sonra baş verib. Polis 8 yaşlı qızın yaşadığı kənddən qaçırılaraq təlim düşərgəsinə aparıldığını, burada kamikadze hücumçusu olmağa məcbur edildiyini deyib. Qeyd edək ki, hal-hazırda Pakistanın Şimal Qərbində olan Vəziristandakı terrorçu düşərgələrində 400- dən çox kamikadze hücumçu olduğu güman olunur.

Uşaqlar cəmiyyətin gələcəyidir. Bu halda həmin gələcəyin necə olacağı göz qabağındadır.

Tofiq Əliyev

O.M.