Tanınmış sənətçilər YAP-a üzv oldular

Tanınmış sənətçilər YAP-a üzv oldular

20 İyun 2011 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bir qrup mədəniyyət işçisinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsinin təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən partiyanın icra katibi, sədr müavini Əli Əhmədov son vaxtlarda sənət adamlarının YAP sıralarına üz tutduğunu vurğulayıb: "Düzdür, sənətçilər əvvəl də bizim partiyaya üzv olurdular, ancaq hazırda bu, daha da intensivləşib".

"Biz həmişə opponentlərimizə də deyirik ki, siz bizimlə mübarizə aparırsınız. Biz isə insanların yaxşı yaşaması, inkişaf üçün mübarizə aparırıq" - deyə, Ə. Əhmədov bildirib. Tədbirdə əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova, Rəşad İlyasov, Vəfa Zeynalova, Tünzalə Ağayeva, həmçinin digər sənətçilər Ceyhun İsmayılov (maestro) və aktyor Azər Axşama partiyaya üzvlük vəsiqəsi təqdim edilib. Tədbirdə YAP icra katibinin müavini Siyavuş Novruzov və partiya Siyasi Şurasının üzvü Kərim Kərimov da iştirak ediblər. Partiya rəsmisi incəsənət nümayəndələrini YAP-a üzv olması münasibətilə təbrik edib.

Şou biznesdə də siyasət işlədirlər...

Tofiq Əliyev

O.M.