Təhlükəli hörümçək peyda olub

Təhlükəli hörümçək peyda olub

20 İyun 2011 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Orta Asiya dövlətlərindən Azərbaycana gələn "qaraqurd" hörümçəyindən zəhərlənmə hadisələri qeydə alınıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya bildirib ki, iyun ayında 2 nəfər "qaraqurd"un sancması şikayəti ilə şöbəyə müraciət edib: "4-5 ildir ki, hər il təxminən 10-12 nəfər bu hörümçəyin sancmasından zəhərlənir. Vaxtında yardım göstərilməsə, bu xəstələrin vəziyyəti ağırlaşır. Çünki bu hörümçəyin zəhəri ilan zəhərinə yaxındır". Şöbə müdirinin sözlərinə görə, Bakıətrafi kəndlərdə mövcud olan zəhərli həşərat Azərbaycana Orta Asiya dövlətlərindən idxal olunan meyvə-tərəvəz vasitəsilə gəlib.

Sən demə, ölkəmiz meyvə tərəvəzlə birlikdə zəhərli hörümçək də idxal edirmiş.

Tofiq Əliyev

O.M.