Azərbaycanlı milyarderlər "Forbes"də yeddinci sırada yer alıblar
Rusiyada "Forbes" siyahısına düşən ən varlı 200 nəfərin hansı millətə məxsus olması araşdırılıb. 200 nəfərlik ən varlı Rusiya vətəndaşları arasında ruslar üstünlük təşkil edir. İkinci yerdə yəhudilər, üçüncü yerdə isə ukraynanılardır. Sonrakı pillədə isə tatarlar yer alır. Dağ yəhudiləri 200 nəfərlik siyahıda ən çox adı çəkilən beşinci xalqdır. Ermənilər 6-cı, azərbaycanlılar isə yeddincidir.
Ümumilikdə "Forbes" hazırladığı siyahıda ərəb, belaruslar, yunanlar, gürcülər, kürdlər,ləzgilər, litvalılar və moldovanlar yer alıb. 200 nəfər ən varlı Rusiya vətəndaşının ümumilikdə 339 milyard dollar sərvəti var.
Mediainfo.az
Digər xəbərlər