Siyəzəndə intihar

Siyəzəndə intihar

29 Oktyabr 2014 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayonunda intihar hadisəsi baş verib. Siyəzən rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Azər Həşimov yaşadığı evdə özünü asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Mediainfo.az