Baş Prokurorluq “DəmirBank”ın müraciəti üzrəməlumat yayıb
Azərbaycan Baş Prokurorluğu və İqtisadiyyat və Sənaye Nazirliyi "DəmirBank"ın müraciəti üzrə birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Apa-ya daxil olan məlumatda bildirilir ki, oktyabrın 28-də Baş Prokurorluğun mətbuat xidməti tərəfindən "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilən 10 milyon 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə xəbər verilib.
Araşdırmaların ilkin mərhələsində müəyyən edilib ki, "DəmirBank" ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etməsinə baxmayaraq, mənimsənildiyi qeyd edilən həmin məbləğ əsas etibarı ilə bankın vəsaitidir və fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Mediainfo.az