Şəhərin mərkəzində mikroavtobus yandı

Şəhərin mərkəzində mikroavtobus yandı

29 Oktyabr 2014 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının mərkəzində mikroavtobus yanıb. Neftçilər prospektində, "Azneft" meydanının yaxınlığında 36-BE-211 dövlət nömrə nişanlı mikroavtobusda nasazlıq yaranıb və nəqliyyat vasitəsi yanıb. Bu səbəbdən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib.

Bir qədər sonra prospektdə nəqliyyatın hərəkəti bərpa olunub.

Mediainfo.az