Zərdabi davamçısı baş redaktor vəfat edib

Zərdabi davamçısı baş redaktor vəfat edib

29 Oktyabr 2014 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist Səttar Zərdabi 77 yaşında vəfat edib. Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin rəhbəri, "Güzgü" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səttar Zərdabi dünən doğulduğu rayonda torpağa tapşırılıb.

S. Zərdabi bir neçə kitabın, yüzlərlə şeir və məqalənin müəllifi idi. Onun "Kim sevirsə idmanı" adlı şeirinə Oqtay Zülfüqarov mahnı bəstələyib və bir neçə əsəri müxtəlif teatlarda tamaşaya qoyulub. Şair-dramaturq S. Zərdabinin son illərdə fəaliyyətinin böyük bir hissəsi Həsən bəy Zərdabi irsinin təbliği ilə bağlı idi.

Allah rəhmət etsin!

Mediainfo.az