![Ağdamda canavar evə soxulmaq istəyib](http://oxumeni.az/media/news/2014/10/photo_32359.jpg)
Ağdamda canavar evə soxulmaq istəyib
Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib. Kənd sakinlərindən biri yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu məqamda həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Yırtıcının hücumuna məruz qalan Şükran Əliyev qonşularla birgə canavarı yaralayaraq tutub.
Mediainfo.az
Digər xəbərlər