Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Bakıya gələcək

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Bakıya gələcək

29 Oktyabr 2014 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atay Azərbaycana səfərə gələcək. Noyabrın 11-dən 14-dək davam edəcək səfər çərçivəsində general A. Atayın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır. Qeyd edək ki, ordu generalı A. Atay bu ilin avqust ayında Jandarma Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub.

Mediainfo.az