Bomjluq edən Avropa çempionu öldü
Mediainfo.az azvision.az-a istinadən xəbər verir ki, Rövşən Kazımov dünən Təcili Tibbi Yardım tərəfindən Bakının Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.
Xəstəxanada kişi bomj üçün yer olmadığından, həmin xəstə 7 saylı Şəhər Xəstəxanasına aparılıb. Lakin aşağı ətrafların travmasından əziyyət çəkən Rövşən Kazımov xəstəxanada keçinib.
Rövşən Kazımovun meyiti Sabunçuda yerləşən 3 saylı Sabunçu Klinik xəstəxanasının `Məhkəmə Tibbi Ekzpertiza və Pataloji Anatomiya Birliyi`nə aparılıb.
AzVison.az-ın əməkdaşları bununla bağlı həmin xəstəxanada olublar. Meyitin həmin şəxsə aid olduğu xəstəxanadan təsdiqlənib. Bu barədə Rövşən Kazımovun yaxınlarına məlumat verilib.
Digər xəbərlər