Ağır qəza törədən sürücü tutuldu
Bakının Binəqədi rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Tural Bağırovun xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Nissan" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Polat Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər