Qəzada 1 nəfər öldü, 1-i yaralandı
Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Rüfət Əliyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb. Sərnişin - Bakı şəhər sakini Samir Zeynalov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər