Göyçayda yaşayış evi yanıb

Göyçayda yaşayış evi yanıb

23 Oktyabr 2014 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda yaşayış evi yanıb. Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Bəsti Cəbrayılovaya məxsus, ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı ev və içəridəki məişət əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tövlə və yardımçı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az