Sərnişin avtobusu ağır qəzaya düşdü
Bakının Qaradağ rayonu ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Hadisə Bakı-Qazax yolunda baş verib. Ölənlərdən biri azyaşlı uşaqdır.
Belə ki, Fizuli-Beyləqan və Bakı istiqamətində hərəkət edən 90 JB 642 dövlət nömrə nişanlı, "Ford" markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu toqquşub.
Faktla bağlı araşdırma aparılır.
================
Bakıda avtobus qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb.
Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından Apa-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Hazırda yol polisi hadisə yerində araşdırma aparır.
Mediainfo.az