Tikintidə faciəvi hadisə

Tikintidə faciəvi hadisə

23 Oktyabr 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyi saytının məlumatına görə, oktyabrın 22-də paytaxtın Nizami rayonu H.Əliyev prospektində aparılan tikintidə, qaldırıcı qurğunun kanatı qırılıb. Nəticədə, kran orada işləyən Yardımlı rayon sakini Rüfət Alıyevin və Bakı şəhər sakini Kamran Mustafayevin üstünə düşüb. R. Alıyev hadisə yerində ölüb, K.Mustafayev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az