
Telman İsmayılovdan türk idmançılarına jest
Boks üzrə Türkiyə milli komandası Avropa çempionatında uğurla çıxış
edərsə, həmyerlimiz Telman İsmayılova məxsus 7 ulduzlu "Mardan Palace"
otelində dincələcəklər. Bundan əlavə, yığmanın düşərgəsinə gələn Türkiyə Boks Federasiyası
İcraiyyə Komitəsinin üzvü Mustafa Koçinoğlu qızıl medal qazanan
idmançıları şəxsi hesabına Antalyaya aparacaq. Koçinoğlu yerli azarkeşləri boksçulara dəstək olmağa çağırıb: "Mən bu
komandaya inanıram. Millimiz üçün azarkeş dəstəyinin böyük önəmi var.
Paytaxt sakinləri bizi tək buraxmasınlar".
Günel Həbib
Digər xəbərlər