Avtomobildən meyit tapılıb

Avtomobildən meyit tapılıb

21 Oktyabr 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı sakininin meyiti idarə etdiyi avtomobildə tapılıb.Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, hadisə oktyabrın 20-də saat 03:00 radələrində qeydə alınıb.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Vüqar Balayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti idarə etdiyi "ZİL" markalı avtomobildə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az