Mikayıl Cabbarov bir çox rayonların sakinlərini qəbul etməkdədir - FOTO

Mikayıl Cabbarov bir çox rayonların sakinlərini qəbul etməkdədir - FOTO

20 Oktyabr 2014 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarovun Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbulu başlayıb.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Mediainfo.az