
Qasırğanın yaratdığı fəsadlar aradan qaldırılmaqdadır
Rusiyanın Şimali Osetiya bölgəsi güclü qasırğadan sonra özünə gəlməyə
çalışır. Təbii fəlakətdən ən çox Ardon rayonu zərər çəkib. Burada
fövqəladə vəziyyət rejimi tətbiq edilib. Leysan yağışlar bəzi yerlərdə
şimşək çaxması ilə müşayiət olunub. Güclü külək evlərin dam örtüyünü
uçurub, ağacları kökündən qoparıb, elektrik enerjisi naqillərini qırıb.
Aerodromlardan birində qasırğa təyyarələri ətrafa səpələyib, onları
saxlayan polad troslar güclü küləyə tab gətirməyib. Onlardan bəziləri
istifadəyə yararsız hala düşüb. Qasırğadan zərər çəkmiş qəsəbələrdə
kəsilmiş qaz təchizatı artıq bərpa edilib. Elektrik enerjisinin bərpası
istiqamətində işlər görülür.
Günel Həbib
Digər xəbərlər