Ziyafət Əsgərov xaricdə yaşayan azərbaycanlılar haqda danışdı
"Xaricdə yaşıyan soydaşlarımız Azərbaycana gələrkən sənədlərini bərpa etməklə bağlı böyük çətinliklərlə qarşılaşırlar". ANS PRESS-in məlumatına görə, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanun layihəsi ilə bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, bu dəyişiklər vətəndaşlara xeyrdən çox ziyan verir. Belə ki, bəzən ölkəyə qayıdan şəxs nə isə bir gecikməyə görə xeyli miqdarda pul cəzasına məruz qalır. Ölkəyə gələn adamlar bununla bağlı xeyli narazılıqlar edirlər. "Soydaşlarımızı Vətənə bağlamaq üçün şəraiti yaxşılaşdırmaq lazımdır".
Millət vəkili Elmira Axundova da bu qanun layihəsi ilə bağlı danışıb. Deputat bir neçə təkliflə çıxış edib. Xaricdən gələn vətəndaşlarla bağlı güzəştlərin edilməsini təklif edən deputata Milli Məclisin vitse-spikeri maraqlı cavab verib.
Ziyafət Əsgərov qeyd edib ki, Azərbacan vətəndaşı xarici ölkədə sənədlərini gec hazırlayanda başına oyun açırlar:
"Bizim vətəndaşlarımızın başına bir gün gecikdirməyə görə bilirsiz nə oyun açırlar? Onda açaq sərhədlərimizi. Vizaları ləğv edək, qoy hər kəs Azərbaycana gəlsin. Qonaqpərvərlik yaxşıdır amma, bu o demək deyil ki, biz qanunvericiliyimizi bərkitməməliyik. Siz fikirin verin, dünya ölkələrində bu proses necə gedir".
Mediainfo.az