"Sovetski"dən sakinlər məcburi çıxarılmayacaq

"Sovetski"dən sakinlər məcburi çıxarılmayacaq

16 Oktyabr 2014 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Kim deyə bilər ki, evləri sökülən sakinlərə vəsait ödənilməyib"

Baş nazirin müavini Abid Şərifov sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı prezidentin sərəncamının icrasının hazırkı vəziyyəti haqda danışarkən bildirib ki, indiyə qədər sənədli və sənədsiz evləri sökülən heç kəs kompensasiyasız qalmayıb: "İstər şəhər mərkəzi, şəhər kənarında, istər mikrorayonlarında yaşayan, elə "Sovetski"nin özündə də sənədsiz yaşayan sakinlərə bir nəfər kimi vəsait ödənilib. Belə şey ola bilməz. Xutor dediyimiz ərazidə yaşayanların 90 faizinin evi sənədsiz idi".

"Qafqazinfo" xəbər verir ki, Abid Şərifov "Sovetski"dən evlərini tərk etmək istəməyən vətəndaşların taleyinə də aydınlıq gətirib: "Çıxmaq istəmirlər yaşasınlar orada. Heç kim oradan zorla çıxarılmayacaq. Bundan söhbət belə gedə bilməz. Kim istəyir qalsın orada".

Baş nazirin müavini kompensasiyaların azlığı ilə bağl deyilənlərə də aydınlıq gətirib: "Yəqin ki, "Sovetski"də evlərin durumundan xəbəriniz var. 1500-dən yuxarı qiyməti yoxdur. Sahəsi də az olduğu üçün vəsait az ödənilir".

Mediainfo.az