Evdən 10 min manat oğurlandı
Bakının Xətai rayonunda mənzildən külli miqdarda pul oğurlanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, oktyabrın 10-da Gəncə prospektində yaşayan 1938-ci il təvəllüdlü Viktor Məmmədovun evindən şaxtadan keçməklə 10 min manat pul və evin sənədləri oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Seyran Rəhimov yaxalanıb və ondan 12 qramdan artıq marixuana götürülüb.
Mediainfo.az
Digər xəbərlər