Orta məktəbdəki davanın təfərrüatları
Bakının Qaradağ rayonunda yerləşən 274 saylı orta məktəbdə baş verən davanın təfərrüatları məlum olub.
Orta məktəbin direktoru Atakişi Cəfərov bildirib ki, baş verən hadisə mətbuatda şişirdilib. Onun sözlərinə görə, bu gün məktəbdə iki uşaq arasında dava olub. O, qeyd edib ki, zarafatdan başlayan dava zamanı qanlı olay baş verməyib: "Yazırlar ki, döyülmə zamanı uşaqlar xəsarət alıb. Belə məlumatı oxuyanda təəccübləndim. Hər iki uşaq yanımdadı və heç biri xəstəxanaya yerləşdirilməyib".
Xəstəxanaya yerlışdirildiyi iddia olunan Babək Cəbrayılov Teleqraf.com -a bildirib ki, ona heç bir bədən xəsarəti yetirilıməyib: "Sinif yoldaşım Səbuhi ilə zarafatlaşmışıq. Aramızda dava olub. Amma mənə xəsarət yetirilməyib. Mən də xəstəxanaya yerləşdirilməmişəm".
Adı qalmaqalda hallanan digər şagird Səbuhi bildirib ki, o, sinif yoldaşına xəsarət yetirməyib.
Qeyd edək ki, bu gün Qaradağ Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə dava qeydə alınıb. Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi Səbuhi tərəfindən döyülüb. Babək Cəbrayılov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi iddia edilir.
Mediainfo.az