Həyat yoldaşı hamilə olan şəhidimiz torpağa tapşırılıb
Ötən gün cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş 24 yaşlı Tural Əhmədovun dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, o cümlədən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqif Məmmədov da iştirak edib.
Şəhidin təhsil aldığı 118 saylı məcburi köçkün məktəbində də vida mərasimi keçirilib. Onun cənazəsi orta məktəbə gətirilib. Şəhidlə vida mərasimində böyük izdiham yaşanıb. Şəhid cənazə namazı qılındıqdan sonra Bərdə Şəhidlər Xiyabanında, atasının məzarının yanında dəfn edilib. Qeyd edək ki, T. Əhmədov yeni ailə həyatı qurub və həyat yoldaşı hamilədir.
Mediainfo.az
Digər xəbərlər