19 yaşlı gənc qəzada öldü

19 yaşlı gənc qəzada öldü

9 Oktyabr 2014 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Sabirabad rayon sakini Mirdamət Tahir oğlu Bibiquliyev idarə etdiyi "QAZel" markalı avtomobillə rayonun Minbaşı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Murad İntiqam oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az