Narkoticarətçinin cəzası azaldıldı

Narkoticarətçinin cəzası azaldıldı

9 Oktyabr 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində Mingəçevir sakini Namiq Abdullayevin CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb. İşi araşdıran Bakı Apellyasiya məhkəməsi qərar qəbul edib ki, təqsirləndirilən şəxsin cəzası 10 ildən 8 ilə endirilsin.

Belə ki, ötən il avqustun 3-də Namiq Abdullayev şəxsiyyəti istintaqa məlum olmayan Həmid adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə hesab edilən tiryəki İrandan Türkiyəyə, ordan Gürcüstana, daha sonra Gürcüstandan təkrarən "Şıxlı" gömrük-nəzarət postundan gizli keçirməklə Azərbaycan ərazisinə keçirib.

Avqustun 6-da Namiq Abdullayev MTN əməkdaşları tərəfindən Nəsimi rayonu, Bül-Bül prospektindəki 63 saylı evin qarşısında saxlanılıb, onun idarə etdiyi ""Hyndai" markalı avtomaşına baxış keçirilərkən ümümi çəkisi olan 540,76 qram tiryək aşkar edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdullayev cəzasını ümumi rejimli cəza çəkmə müəssəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Mediainfo.az