İzzətulla Zərğaminin Azərbaycana səfəri başlayıb
Bu gün İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri İzzətulla Zərğaminin Azərbaycana səfəri başlayır.
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İ.Zərğami Bakıya Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə gəlir.
Səfirlikdən qeyd ediblər ki, İ.Zərğaminin digər yüksək vəzifəli rəsmilərlə, o cümlədən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşü gözlənilir.
İ.Zərğami səfər çərçivəsində Azərbaycan MTRŞ-da və bir neçə televiziyada olacaq, iş prosesi ilə yaxından tanış olacaq.
Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan-İran birgə media komitəsinin yaradılması məsələsi də müzakirə olunacaq.
Mediainfo.az
Digər xəbərlər