Üsyanın ortasında öpüşdülər

Üsyanın ortasında öpüşdülər

17 İyun 2011 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Kanadanın Vankuver şəhərində iki gün öncə keçirilən buz xokkey matçında "Canucks" amerikalı rəqibi "Boston Bruins"a məğlub olub. Elə bununla da tərəfdarlar arasında dava-dalaş başlayıb. Bütün bunları fotoaparatının yaddaşına köçürən fotoqrafçı Riçard Lamı sonda bir nüans xeyli təəccübləndirib. Sonradan fotolarını bir-bir nəzərdən keçirən Lamın gözündən bir səhnə yayınmayıb. Belə ki, polislə tərəfdarların qarşıdurması zamanı iki sevgili yerdə uzanaraq öpüşürdülər.

Burda deyiblər, keçi can hayında, qəssab piy axtarır.

Günel Həbib

O.M.